Avto

Gürcüstanın builki avtomobil ixracının - 60%-i Azərbaycanın Payına Düşüb

Gürcüstanın builki avtomobil ixracının - 60%-i Azərbaycanın Payına Düşüb | FED.az
13:12 21 Sen 2020

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 156 155,9 min dollar dəyərində avtomobil ixrac edib.

Eləcə də bax: Rəsmi: Son ayda ölkədə - Minik Avtomobilləri Bahalaşıb

FED.az xəbər verir ki, bu barədə  Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8 587,4 min dollar və ya 5,5% çoxdur. Belə ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində isə Gürcüstan Azərbaycana 147 568,5 min dollar dəyərində avtomobil ixrac edib.

Bu ilin ilk 8 ayında Gürcüstanın avtomobil ixracının 60,04%-i Azərbaycanın payına düşüb.

Qeyd edək ki, Gürcüstan bu il 260 073,5 min dollar dəyərində avtomobil ixrac edib. Bu, illik ifadədə 37,2% azdır. Hesabat dövründə avtomobil ixracı Gürcüstanın ümumi ixracının 12,6%-nə bərabər olub. (Apa)

Digər xəbərlər

Banner