Xəbər verildiyi kimi, Azərbaycana avtomobil idxalı ötən illə müqayisədə 90% artıb. Gömrük rüsumlarının və aksizlərin ildən-ilə yüksəlməsinə və avtomobillərdən daha artıq məbləğdə vəsait tutulmasın baxmayaraq idxal da artmaqdadır. Bəs bunun səbəbi nədir?
FED.az xəbər verir ki, rüsumların artması səbəbindən indi ölkəyə daha ucuz və daha kiçik mühərrikli avtomobillər gətirilir.
Eləcə də bax: Azərbaycana avtomobil idxalı – 2 DƏFƏ ARTIB
Avtomobil idxalı ilə məşğul olan iş adamı, «Sevara Group» şirkətinin sahibi Rəşad Quliyev FED.az-a bildirib ki, mənşə ölkəsindən asılı olmayaraq avtomobillərin bir çoxu Almaniyadan və ya qonşu ölkə Gürcüstandan (bilavasitə Amerikadan) idxal olunur.
Amerikadan gətirilən nəqliyyat vasitələrinin çoxu qəzalı olduğundan, Gürcüstanda "restavrasiya" edilərək digər ölkələrə satışa çıxarılır.
Eləcə də bax: Avtomobillərin texniki baxışdan keçirilməsinə görə - DÖVLƏT RÜSUMU ARTIRILIB
Bundan başqa, Yaxın Şərq ölkələrinə, xüsusilə də Dubaya məxsus hybrid və elektriklə işləyən avtomobillərə də ölkəmizdə geniş maraq var.
Gömrük rüsumlarının yüksək olması səbəbindən hazırda bazarda əsas tələbat mühərrikinin həcmi 1,3-2,0 litr olan avtomobillərədir. Belə ki, Avropada dəyəri 1500 avro olan 1,5 litr mühərrikli bir avtomobilin Azərbaycana daşınması xərci təxminən bir o qədər (1500 avro) təşkil edir. Belə avtomobillər üçün gömrük rüsumu isə 4000-4500 manat civarındadır. Nəticə etibarı ilə həmin avtomobillər ölkəyə dəyərindən 3 dəfə artıq qiymətə - 10-11 min manata gəlib çıxır.
Eləcə də bax: Gürcüstandan Azərbaycana avtomobil idxalı - 2 DƏFƏDƏN ÇOX ARTIB
Mühərrikinin həcmi 1,6 litr olan avtomobillər üçün isə gömrük rüsumu, aksiz vergisinin məbləği 6000 manat civarındadır.
Mühərrikinin həcmi 1,5 litr olan avtomobillər üçün aksiz vergilərinin dərəcəsinə görə, 1,5 litr və 1,6 litr mühərrikli avtomobilin gömrük rüsumunda təxminən 2 000 manat fərq var.
Belə ki, müxtəlif müəhərrik həcmli avtomobillər üçün gömrük rüsumu və aksiz vergisi belə dəyişir: 1,3 litr - 3600 AZN, 1,4 litr 3800 AZN, 1,5 litr 4000 AZN, 1,6 litr 6000 AZN.
Hal-hazırda avtomobil bazarında satış üstünlüyü təşkil edən marka və modellər aşağıdakılardır.
«Kia Rio» (mühərrikin həcmi 1,4-1,5 litr)
«Kia Ceed» (mühərrikin həcmi 1,4-1,6 litr) – 2-2,5
«Opel Astra» (mühərrikin həcmi 1,3-1,4 litr) -
«Opel Corsa» (mühərrikin həcmi 1,2-1,3 litr)
«Hyundai i20-i30» (mühərrikin həcmi 1,4-1,6 litr)
«Renault Megane» (mühərrikin həcmi 1,5-1,6 litr)
«Chevrolet Cruze» ABŞ (mühərrikin həcmi 1,4 litr)
«Toyota Prius» (Hybrid)
«Mercedes Vito» (mühərrikin həcmi 2,2 litr) və s.