Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 12 min 801 ədəd avtomobil idxal edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Eləcə də bax: Naxçıvanda yeni marka avtomobillər və motosikletlər - İSTEHSAL OLUNACAQ
İlk səkkiz ayda qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 139 milyon 594 min dollar təşkil edib.
Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı ötən illə müqayisədə 6 min 921 ədəd və ya 2,17 dəfə çoxdur.
Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 101 milyon 752 min dollar dəyərində 5 880 ədəd avtomobil alıb.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən yayılan məlumata görə, 2019-cu ilin Yanvar- Avqust ayları ərzində (8 ayda) Azərbaycana 26 min 695 ədəd cəmi nəqliyyat vasitələri idxal olunub. Bu, 2018-ci ilin Yanvar-Avqust dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Belə ki, ötən ilin Yanvar-Avqust dövründə ölkəmizə 14 min 34 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda isə 3 min 721 ədəd nəqliyyat vasitəsi idxal edilib.
O cümlədən, 2019-cu ilin Yanvar-Avqust aylarında Azərbaycana 24 min 88 ədəd minik avtomobili, 246 ədəd avtobus, 2 min 262 ədəd yük avtomobili və 99 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Avqust dövründə 12 min 525 ədəd minik avtomobili, 100 ədəd avtobus, 1 332 ədəd yük avtomobili və 77 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.
Report