Yaponiya şirkəti Toyota Motor elektrik avtomobilləri üçün ən son bərk cisim akkumulyatorlarını təqdim etməyi planlaşdırır.
Dünyada ən çox satılan avtomobillər – TOP 5-LİK
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı avtomobil şirkəti məlumat yayıb.
Qeyd edilir ki, bu cür akkumulyatorlara malik elektromobillər bir dəfə doldurmaqla ən azı 1000 km məsafə qət edə biləcək ki, bu da 10 dəqiqədən az vaxt aparacaq.
Eyni zamanda şirkət bu göstəricini 1200 km-ə, uzunmüddətli perspektivdə isə 1500 km-ə çatdırmağa çalışacaqlarını vurğulayıb.
Şirkət 2030-cu ilə qədər dünya üzrə satdığı avtomobillərin təxminən yarısının bu akkumulyatorlarla təchiz ediləcəyini gözləyir.
Şirkət qeyd edib ki, onlar hidrogen mühərrikləri texnologiyalarının inkişafını hərtərəfli təşviqini davam etdirəcəklər. (Marja)