Azərbaycanda avtomobil sektoru ilə yanaşı, «avto jarqon» da yenilənir.
Artıq «mühərrik həcmi», «100 kilometrə nə qədər benzin işlədir», «mühərrik niyə qızır», «yağı neçəyə dəyişirlər» kimi anlayışlara, «bir dəfəyə nə qədər məsafə gedir», «100% enerjini nə qədər vaxta yığır», «maşını şəbəkəyə qoşulub, enerji yığsın gəlirəm kimi», «maşının enerjisi bitdi yolda qalmışam» kimi ifadələr də daxil olacaq.
Restoranlar isə, xüsusilə də regiondakılar, «wi-fi» və pover banklarla yanaşı, «enerji yığma avadanlığı da var» deyib müştəriləri cəlb edəcəklər.
FED.az xəbər verir ki, Azərbaycanın avtomobil sektorunda sakitcə «elektrik inqilabı» başlayıb. Bütün bunlar martıq 12-də Bakıda Park Bulvarda keçirilən elektrik atomobillərinin ilk sərgisində «Auto Eko 2023»də nümayiş etdirildi. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə təşkil olunan sərgidə hələlik 9 avtomobil markası təmsil olunsa da, sektora gələcək yeniliyin miqyası daha böyük idi.
Təsadüfi deyil ki, bazar günü keçirilən və Bakı sakinlərinin əksəriyyətinin xəbərsiz olduğu sərgidə iki nazir - Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Müdafiə Sənayesi naziri Mədət Quliyev də qatılmışdı. İştirakçılar arasında deputatlar, QHT və media işçiləri, dövlət və özəl sektordan nümayəndələr, avtomobil sekotrunun təmsilçiləri də vardı, Sərgiyə gəlmiş ziyarətçilər ekoloji avtomobilləri daxili və xarici funksiyalarını yaxından müşahidə edir, ödəniş şərtləri və digər detallarla maraqlanırdılar.
Sərgidə açılış çıxışını edən AADA-sədri Natiq Zərbəliyev sərgi və elektrik avtomobilləri bazarı barədə ətraflı məlumat verib: «Bildiyiniz kimi bu ildən elektromobillər ƏDV və gömrük rüsumlarından azad edilib. Artıq banklar elektromobillər üçün 10 faiz ilkin ödənişlə kredit şərtləri təqdim edir. Yollarda elektrik qidalanma stansiyaları yerləşdirilməyə başlanıb. Bütün işlər yekunlaşdıqdan sonra yollarımızda faydalı və müasir ekoloji təmiz avtomobillər hərəkət edəcək”-deyə Natiq Zərbəliyev əlavə edib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də ekoloji təmiz avtomobillərin ətraf mühit üçün əhəmiyyətindən danışdı. Tədbirdə sərgi iştirakçılarının istifadəsi üçün simulyasiya və elektrik doldurma avadanlığı texnikaları da gətirilib. Sərgidə tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunub. AADA-nın icraçı direktoru Eyyub Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə və Vaqif Əsədov 3D skan-çap aparatları və elektrik qidalanma stansiyaları haqqında məlumat verib.
Amma hamını maraqlandıran məsələ - təbii ki, sərgidə nümayiş etdirilən avtomobillər, onların imkanları və əlbəttə ki, qiymətləri idi.
«Volkswagen ID6 X PRO» – 82 min manat
Böyük benzin motorlarının yanacağı su kimi içdiyi «Volkswagen»də dövr dəyişib. Artıq bu maşınları 7-8 manata, uzağı 10 manata enerji ilə doldurub bir neçə yüz kilometr getmək olar.
««Volkswagen ID6 X PRO»nun ev şəraitində 32 amperlik adapterlə – hansı ki biz üstündə veririk – 0-dan 80%-ə qədər enerji yığması 7-8 saat çəkir, 100% doldurma isə 10 saat olaaq»-deyə şirkətin nümaynədələri səbrlə detallı izah edirlər.
«X versiyanın PRO komplektasiyası - bura adaptiv kruiz kontrol, zolağa nəzarət və kor zonalar sistemi, ekstra tormoz sistemi və sair var»-deyə satış meneceri modelin üstünlüklərin sadalayır, amma dinləyiciləri bundan çox enerji yığma vaxtı və gejiləcək məsafə maraqlandırır.
«Maşında iki şarj yeri var. Biri AC, digəri isə CBT-dir. AC olan ev şəraiti, CBT isə stansiyalar üçün olandır. Hazırda Bakıda iki elektrik stansiyası var. Biri «Vapiano»nun Parkinqində, digəri isə keçmiş «Bank Standart»ın baş ofisinin yaxınlığındakı parkinqdədir. Normal 40 Kvattlıq akkumulyator burada 1-1,5 saat müddətində yığılır».
Sərgidə məlum olur ki, indiyədək benzin mübahisələrinin qəhrəmanı olan «Azpetrol» elektrik şarjı biznesinə də başlayıb. «Azpetrolda» enerji yığma xərci 1-ci yarım saat 3,5 manat, 2-ci yarım saat isə 2,2 manatdır, yəni bu avtomobil 1 saata tam enerji yığa bilir»-deyə şirkət təmsilçiləri elektirk avtomobilinin əlverişli olduğunu qeyd edirlər.
«Volkswagen ID6 X PRO» bir yığımla qış rejimində 400-420 kilometr, yay rejimində isə 450-490 kilometr gedə bilir. Qışda enerjini «yeyən» əsas məsələ istilik sistemidir. Çünki daxili yanma mühərrikli maşınlardan fərqli olaraq burada mühərrik olmadığına görə, istilik ayrıca olaraq spirallar vasitəsilə verilir.
«Bu avtomobillə rayona getmək olarmı?» sualına «Əlbəttə gedib gecəni enerji şəbəkəsinə qoşub səhər qayıtmaq mümkündür»- cavabı verilir, prinsipcə pis deyil.
Bununla da biz elektrik avtomobillərinin hələlik aktual olan əsas probleminə keçirik. Əsas problem maşınların enerji yığmaq qiyməti yox, vaxtıdır. «Biz bu avtombilin üzərində 16 amperlik adapter veririk aksessuar olaraq – onlar evlərdəki ənənəvi enerji sisteminə də qoşula bilər. Bu aksessuarla enerji yığma vaxtı 19-20 saatdır. Onun üstünlüyü var ki, səyyar işlətmək olar işlətmək olar – «harda rozetka gördünsə, enerjiyə qoş yığsın».
Daha sürətli şarja imkan verən 32 aprelik sistemi qoşmaq üçün isə ayrıca rozetka quraşdırılmalıdır – bunu açıq havada etmək heyifdir, ya qarajda ya da həyətdə etmək lazımdır. Bunun üçün ayrıca 10-luq kabellə enerji çəkilməli və xüsusi rozetka quraşdırılmalıdır.
Avtomobilin təqribən 50 min dollar olmasına baxmayaraq satışlardan narazı deyillər – hər halda FED.az-a verilən məlumata görə, son təqribən 1 il ərzində «Volkswagen ID6 X PRO»nun təqribən 140 maşını satılıb. «Model çox uğurlu oldu, demək olar ki, hər gün maşın satılır. Müştərilər də razılıq edir, elə müştəri var ki, 2-3 avtomobil alıb- həm İD4 həm də İD-6 – ailə üçün» -deyə satış nümayəndəsi sərgiyə gələnləri müştəri gözü ilə süzərək davam edir.
«Volkswagen ID6 X PRO»nun qiyməti doğrudan da təəccüblüdür – üstəlik nəzərə alanda ki, qonşuluqdakı təqriğbən eyni sinif «Hyundai İONİQ5» az qala 100 min maat satılır.
«Sizin avtomobil 82 min manat, «Hyundai» isə 98 min manatdır, bu necə olur?» sualına - Hər markanın öz qiymət siyasəti var. Modelə uyğun olaraq qiymətlər də tənzimlənir. «Volkswagen»in bu modeli də ona görə uğurlu oldu və rəqibi yoxdur ki, qiymət, təchizat, ölçü və brend baxımından rəqibsizdir»-cavabını alırıq.
Hyundai İONİQ5 – 90-100 min manat
Amma cəmi 5 metr sonra «Hyundai» nümaynədəsi «Volkswagen»in «paxırını açır»: «Əvvəla bu model Çində, bizim Model isə Koreyada yığılır, həm də bildiyimə görə, onlar əvvəl daha bahalı idi».
Nə üçünsə «Tesla»nı xatırladan «Hyundai İONİQ5»in satış nümaynədəsi Fərid Zazadə-Zunuzi FED.az-a bildirir ki, hələlik b maşından 3 ədəd gəlib və satılıb, digər avtomoillər hələ yoldadır.
Enerji yığmaq imkanı demək olar ki, eynidir - evdə xüsusi avadanlıqla 7-8 saata , «Azpetrol»da 0,5-1 saata enerji yığır. Yeri gəlmişkən, avtomobil şirkətlərinin nümaynədələri alıcıları qorxutmamaq üçün evdə mümkün olan enerji variantının yalnız birini – xüsusi avadanlıqla olanı - qeyd edirlər. Adi rozetkadan enerji yığmağı yalnız soruşanda izah edirlər – bu da başa düşülür «Hyundai İONİQ5»un evdəki rozetkalarla enerji yığması 1 sutka çəkir. Əvəzində bir tam akkumulyatorla 450 km məsafə qət etmək olar – «Azpetrol»da cəmi manata başa gəlir.
«Hyundai İONİQ5» qiymətin 100 min manatla başlamasını vaxtilə mövcud olan gömrük rüsumlarına bağlayır: «Vaxtilə bu avtomobillər gətiriləndə gömrük rüsumu tutulurdu. İndi daha ucuz olacaq təqribən 90 min manat gözlənilir».
«Pejo 2008» - 70 min manat
Çin-Koreya istehsallı avtomobilərin arasında parlaq dizaynlı fransız markası diqqəti cəlb edir. «Pejo Azərbaycan»ın satış meneceri Leyla Əkbərova FED.az-a bildirir ki, bu avtomobillərin istehsalına 2022-ci ildə başlanılıb, indiyədək cəmi 1 avtomobil satılıb, 2-ci avtomobil isə sərgiyə gətirilib.
Bir dəfə enerji yığmaq 7-8 saat çəkir, sürətli şarj isə («Azpetrol» variantı) 30-40 dəqiqəyə başa gəlir. Tam akkumulyatorla 310 kilometr gedir. Bununla rayona da getmək olar: «Rayondan müştəri gəlib bu avtombili almaq istəyirəm, orada istifadə edə biləcəmmi, soruşsa nə cavab verərsiniz?» sualına «Olar, sürmək olar, amma əlbəttə ki, dayanmadan sürmək və Bakı-Gəncə arasına taksi kimi istifadə etmək mümkün olmayacaq»-deyə «Pejo»nun şən nümayəndəsi təbəssümlə bildirir. Çünki bunun üçün hər yerdə şarj aparatı olmalıdır, belə stansiyalar siə hələlik yalnız Bakıdadır».
«Pejo 2008» arasında dayandığı modellərdən «Volkswagen ID6 X PRO» və «Hyundai İONİQ5»dan 12-20 min manat ucuz olsa da, onun qiymət rəqibi qarşısında dayanıb - «Nissan Leaf» bu modeldən 10 min manat ucuzdur.
«Əvvəla bu krossoverdir, dijər tərəfdən Fransa istehsalıdır, oradan gətirilir, eyni zamanda bizdə olan funksiyalar «Nissan»da yoxdur - məsələn, zolaq nəzarəti, avtoparkinq, üstəlik qabariti daha genişdir»-deyə satış nümaynədəsi qiymətdəki 10 min manatlıq fərqi əsaslandırmağa çalışır.
«Nissan Leaf» - 59 MİN MANAT
Dünyada ən populyar elektrik avtomobillərindən biri olan «Nissan Leaf»dan Bakıda hələlik 50 ədəd satılıb. «Nurgun Motors»un satış təmsilçisi Samir Abdullayev bildirir ki, maşını ən çox komlpakt və tanınmış oldığına görə alırlar. «Həm də «Leaf» ölkədə indiyədək ən yaxşı tanınan xeçbeklərdən olan Nissan «Tiida» platformsmasında yığılıb». Şirkət təmsilçiləri bildirir ki, «Leaf»ın mühərriki özünə görə daha güclüdür. Nəticədə maşının gücü boşuna getmir. «Təsəvvür edin krossover olmayan, nisbətən yığcam avtomobilə 40 kilovatlıq mühərrik qoyulub. Bu da bu avtomobilin gövdəsi üçün sadə desək artıqdır. Ona görə də maşın özünü çox zirək hiss edir».
40 kilovatlıq mühərriki olan «Leaf»lar bir enerji yığımı ilə 350 kilometr məsayfə qət edə bilir.
Amma şirkət təmsilçiləri özləri də etiraf edir ki, pasportda yazılan məsafə göstəricisi şərlidir. Belə ki, əvvəla elektrik avtomobilləri ənənəvi maşınlardan fərqli olaraq şəhərdə daha az enerji sərf edirlər, Bakıda tıxaclarda maşınlar tez-tez söndürüldüyü üçün burada qət edilən məsafə daha artıq olur və enerji daha qənaətə istifadə olunur. Magistralda isə enerji daha çox sərf edilir. Məsələn şəhərdə 350 km gedən «Nissan Leaf» trasda 260-320 kilometr arasında məsafə qət edə bilir. Üstəlik, istehsalçılar məsləhət görür ki, akkumulyator göstəricisi 20%-dən aşağı düşməsin, yəni reallıqda trasda qət edilən məsafə 350 deyil, 200-250 km olur.
Digər avtomobillər kimi onu da evdə və ya stansiyalarda da enerji yükləməsinə qoymaq olar. Sürətli yığma avadanlığı ilə 80-100% həcmdə enerjini 5-7 saat ərzində yığa bilir, «Azpetrol»da isə buna 1,5-3 saat təəb olunur.
«Ətrafda Çin elektrik avtombillərin sayının artması artması rəqabəti gücləndirirmi?» sualına Yapon maşınların nümayəndələri qurarla «Təsir etmir, bizim brend daha tananmışdır, bazarı itirmək qorxumuz da yoxdur» cavabını versədər də etiraf edirlər ki, praktikada rəqabət güclənib və şirkətlər bir-birlərinin göstəricilərinə, satış şərtlərinə diqqət yetirirlər.
3 metr məsafədə, təqribən 3 dəfə ucuz qiymətə satılan Çin istehsallı «Mini Ev» avtomobili ilə necə rəqabət aparacaqsınız sualına isə «Nissan» təmsilçisi - 3 dəfə aşağı qiymətə olsa da, 3 dəfə aşağı ölçü, 3 dəfə daha az məsafə, 3 dəfə daha az baqaj həcmi və demək olar ki, 3 dəfə daha az zəmanət verir. Biz isə avtombilimizə 5 il müddətinə və ya 155 min kilomet zəmanət veririk» cavabını verdi.
«Wuling Mini EV LV2» - 21,6 min manat
Dünyadə ən çox satılan elektorik modellərindən biri, Çində isə satış çempionu olan «Wuling Mini EV LV2» Azərbaycanda ötən ildən «Asiya motors» tərəfindən satışa çıxarılıb və 21600 manatlıq qiyməti ilə diqqəti cəlb edib. Amma avtomobilin forması, görünüşü və məhdud komplektasiyası alıcıların maşına ciddi yanaşmasına hələ mane olur.
Şirkətin təmsilçisi Frəhad Əhmədov, bildirirki, 2021-ci ildə ildə dünyda ən çox satılan maşın olub. Azərbaycanda isə ötən ilin oktyabrından 100-ə qədər satış olub. Avtomobil 4 nəfərlik olsa da 3 qapılıdır, arxa oturacaqlara birbaşa keçmək olmur, şirkətlə etiraf edirlər ki, bu maşın ailəvi deyil, 2 nəfər üçün daha yaxşıdır.
Maşın bir enerji şarjı ilə 170 kilometr yol qət edir. Hərçənd reallıqda bu maşının gedihi daha az olur – təqribən 140-150 km gedə bilərik. 20%-lik ehtiyat saxlamaqla isə 110 km rahat getmək olar.
İstənilən halda bu avtomobil sahibinə avtobusdan da ucuz başa gəlir. «Təsəvvür edin, bu maşının akkumulyatorunu tam enerji ilə təmin etmək və 170 km qət etmək üçün cəmi 80 qəpiklik enerji lazımdır. Bu pulla cəmi 2 dəfə avtobusa minmək olar. Bu maşınla isə avtobusu heç gözləməyinə dəyməz».
Bu maşının üstünlüyü - ev şəraitində 220 voltluq şəbəkə ilə sıfırdan 100%-ə 8-9 saata, 20%-dən 80%-ə kimi isə 5 saata enerji toplaya bilməsidir. Yəni məsələn yolsa çay içəndə də enerji yığımına qoyub irəliləmək olar.
«Azpetrol»da isə bu maşına tam enerji yükləmək 1,5 saat çəkir. Maşını ən çox gənclər alır. «Asiya motors» bu maşınların Çindəki qiymətini açıqlamır. Əvəzində bildirir ki, gömrük rüsumu və ƏDV-dən azvad edilməsi nəticəsində maşını üzərinə yalnız yol xərci və şirkətin gəlir marjası əlavə olunur. «Rüsum və vergi güzəştləri olmasa idi, bu maşınlar 5-6 min manat baha olacaqdı»– deyə bildirirlər.
«Honda ENS1» - 62 min manat
Yapon avtomobil sənayesi və «Honda Azərbaycan»ın qürrü olan «Honda» modeli isə təvazökarcasına kənarda dayanıb.
Bazardakı elektromobillərin arasında ən sərfəli qiymətlərdən biri kimi görünür. Bu avtomobil ölçüləri, salonun həcmi, qabaritləri və kli rensinə görə «C-RV» modelinə uyğun gəlsə də ayrıca platformada yığılıb.
Marketinq meneceri Orxaş Haşımov deyir ki, avtomobilin maksimal məsafəsi 510 kilommetrdir. 2 cür şarj imkanı var. Normal 9 saat, «Azpetrol»da isə 1 saata yığa bilir.
İndiyədək Azərbaycana 3 belə avtombil gətirilib – onların hamısı, həmçinin sərgidə nümayiş olunan model də satılıb və onlardan ikisini şirkətin öz rəhbərləri alıb. Bu maşınlara 2 il ərzxində 50 min kilomet qərantiya verilir.
«Bu avtomobillə Qazaxa və Gncəyə qədər də getmək olar. Məsələn, Qazaxa gedib, evdə enerji yığımına qoyaraq geri qayatmaq olar. Enerji qiymətini nəzarə alsaq, bu təqribən 10 manata başa gələcək – nəzərə alsaq ki, 1 saatlıq şarj təqribən 5 manata başa gəlir, siz buradan Gəncə və Bakıya 10 manata gedib-gələ biləcəksiniz»-deyə mütəxəssis bildirir.
Elektromobillərin daha bir problemi onları hissələrinin və servisinin geniş yayılmamasıdır. «Belə avtomobilin mühərriki xarab olarsa, onu təmir etmək və ya dəyişmək neçəyə başa gəlir?» sualına şirkət nümayəndəsi - «bu məsələ zəmanətə aiddir, servismiz təmənnasız qarşılayır»-cavabını verir.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən elektrik avtomobillərinin sərgisi «Auto Eko 2023» 3 gün - martın 13-14-də də davam edəcək.