Almaniya iqtisadiyyatının əsas sahələrindən olan avtomobil sənayesində mənfəət böhranı başlayıb. Çin avtomobiləri ilə rəqabətdə uduzan, satışları və gəlirləri azalan «BMW», «Mercedes» və «Volkswagen» xərclərini azaltmağa, bəzi hallarda isə işçiləri ixtisar etməyə məxbur olublar.
«Geely» şirkəti 18 min manata - KROSSOVER BURAXDI – ƏTRAFLI
Yeni «Hyundai Tucson»un qiyməti açıqlanıb – MƏBLƏĞ - FOTOLAR
İndiyədək rəqib kimi gördüyü «Volkswagen» və «BMW» ilə birləşən «Mercedes-Benz» şirkəti Çindəki satışların azalmasından sonra mənfəət proqnozunu aşağı salıb.
Çin bazarındakı çətin mühit və dördüncü rüb xərclərinin artması səbəbindən şirkət bu il üçün mənfəət hədəflərini aşağı salıb və dərhal da şirkətin səhmlərinin qiyməti də azalıb.
«Mercedes-Benz» elan edib ki, satış gəlirlərini 5% daha az gözləyir. «Mercedes» bu qərarın səbəbləri kimi Çindəki getdikcə çətinləşən mühiti və dördüncü rübdə artan material xərclərini göstərib.
Bu xəbərdən sonra «Mercedes-Benz»in səhmləri 5,4%-ə qədər ucuzlaşıb ki, bu da bir aydan çox müddət ərzində ən kəskin enişdir. Ümumiyyətlə bu ilin əvvəlindən bəri şirkətin səhmləri dəyərinin üçdə birindən çoxunu itirib.
Baş verənlər Çin şirkətlərinin alman şqirkətləri üçün nə qədər böyük problemə çepvrildiyini, ən əsası bunun necə bir sürətlə baş verdiyini göstərir. Ən pisi də odur ki, gəlirlərin və mənfəətin azalması ilə şirkətlər xərclərinə də qənaət etməli olurlar. Nəticədə onların Çin şirkətləri ilə rəqabət aparmaq üçün yenp modellər üzərində işləyərək onları buraxmaq şansları azalır.













