Çinin avtomobil nəhənglərindən olan «Geely» şirkəti 2027-ci il model ili olan «Binyue Super Edition» krossoverini (bəzi ölkələrdə Coolray kimi tanınır) təqdim edib.
Yeni «Hyundai Tucson»un qiyməti açıqlanıb – MƏBLƏĞ - FOTOLAR
FED.az xəbər verir ki, yeni model yenilənmiş dizayna və təkmilləşdirilmiş «Flyme Auto 2» məlumat-əyləncə sisteminə malikdir. Avtomobil Çində üç komplektasiyada buraxılır. Onların qiyməti 66 800 yuandan 78 800 yuana qədər (17-20 min manat), erkən satış qiymətləri isə 59 800 yuandan (təxminən 15 min manatdan) başlayır.
«Coolray Super MT Edition»nun baza (yəni kasıb) versiyası mexaniki sürət qutusu ilə, Super CVT və Super Max Edition modelləri isə fasiləsiz dəyişən sürət qutusu ilə buraxılıb. İlkin sifrişçilər üçün ən bahalı komplektasiyanın 71 800 yuan (təxminən 18200 manat) təşkil edir.
Krossoverin eksteryeri – xarici götünüşü yenilənib və «Geely Monjaro» modelini xatırladan yeni, daha böyük barmaqlıq və yeni 17 düymlük təkərlərə malikdir. Modeldə 4 rəng seçimi mövcuddur: mavi, gümüşü, boz və ağ. Daxili rəng seçimləri narıncı və boz rənglərdədir. Avtomobilin ölçüləri 4345 × 1800 × 1609 mm, təkər bazası isə 2600 mm-dir.
Maşının daxilində isə sürücü və sərnişinləri 8,8 düymlük rəqəmsal cihaz paneli və 14,6 düymlük məlumat-əyləncə sistemi gözləyir. «Flyme Auto 2» multimedia sistemi fərdiləşdirilə bilən ana ekranı, səslə idarəetməni, smartfon inteqrasiyasını və müəyyən avtomobil funksiyalarının mobil tətbiq və Bluetooth düyməsi vasitəsilə idarə olunmasını dəstəkləyir.
«Coolray Super Edition» 122 at gücünə malik 1,5 litrlik təbii aspirasiya mühərriki ilə təchiz olunub və CVT ilə versiyanın yanacaq sərfiyyatı 6,89 litr/100 km-dir.













