Xəbər verildiyi kimi, Cənubi Koreyanın avtomobil nəhəngi olan «Hyundai» 2027-ci il üzrə yeni «Tucson» modelini buraxıb.
«Geely» şirkəti 18 min manata - KROSSOVER BURAXDI – ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni maşın 1.6 litrlik mühərrikə əsaslanan dörd komplektasiya səviyyəsi və iki güc aqreqatı variantı ilə buraxılıb.
İndi isə «Hyundai» şirkəti Cənubi Koreyada yeni nəsil «Tucson» krossoverinin qiymətini açıqlayıb və maşının satışı üzrə sifarişlərə başlayıb. Baza modelinin qiyməti 31,4 milyon vondan (təxminən 40 800 manatdan) başlayır ki, bu da əvvəlki modeldən 2,96 milyon von (3800 manat) və ya 10,4% yüksəkdir.
Bu dəfə şirkət alıcılara 1,6 litrlik turbomühərrikli benzin mühərriki və eyni mühərrik əsasında hibrid güc aqreqatı olan krossover təklif edib. Modelin 4 komplektasiya səviyyəsi mövcuddur: H-Pick, Exclusive, Inspiration və yolsuzluq üçün komplektasiyalı XRT.
Benzinlə işləyən versiyaların qiyməti 31,4-36.8 milyon von (40 800-47 800 manat) arasında dəyişir. Hibrid modellərin qiyməti 36,15-41,65 milyon von (47-54 min manat) arasındadır.
Standart avadanlıqlara 360 dərəcəlik kamera sistemi, arxa çarpaz yol hərəkəti siqnalı və ön dayanacaq köməkçisi, eləcə də yenilənmiş proqram təminatı və naviqasiya ilə təchiz olunmuş multimedia sistemi daxildir. Məlumat 12,9 düymlük ekranda göstərilir.





![Yeni «Hyundai Tucson»un qiyməti açıqlanıb – [red]MƏBLƏĞ - FOTOLAR[/red] | FED.az](/upload/news/small/2704362.png)
![Yeni «Hyundai Tucson»un qiyməti açıqlanıb – [red]MƏBLƏĞ - FOTOLAR[/red] | FED.az](/upload/news/small/2497042.png)








