«Toyota» şirkətinin dünya şöhrətli hibridi «Prius»un yanacağa qənaət üzrə yeni rekordu qeydə alınıb.
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Daşınma ilə deyil, sürülərək gətirilir - VİDEO
FED.az xəbər verir ki, «Toyota Prius LE», ABŞ-ın Qərb Sahilindən Şərq Sahilinə gedən yolda 100 kilometrə orta hesbala 2,5 litr yanacaq sərf edib. Bu o deməkdir ki, avtomobil yanacaq dolu çənlə birdəfəyə 1700 kilometr gedə bilər. Artıq bu rekord Ginnesin Rekordlar Kitabına daxil edilib.
Bu səyahət sınağı amerikalı bloqqer Veyn Qerds tərəfindən keçirilib. Bloqqer bu səyahətlə Los Angelesdəkit «City Hall»dan Nyu-York şəhərindəki «City Hall»a olmaqla, ümumilikdə 5168,7 km yol qət edib.
Ölkənin bu başından digər tərəfinə səyahət zamanı onun yolu dəniz səviyyəsindən 2100 metr hündürlüyü olan ərazilərdən, eləcə də temperaturun 40 °C-dən yuxarı qalxdığı Mojave səhrası kimi ərazilərdən keçib.
Maraqlıdır ki, «Toyota Prius»un rekordu haqqında xəbərlərə «Toyota» şirkətinin özündə təmkinli reaksiya veriblər. Əslində bundan reklam üçün istifadə etmək imkanı olan şirkət elan edib ki, bloggerin etdiyi qənaət «Prius» üçün ənənəvi deyil. Şirkət açıqlayıb ki, «Prius»un normal sürülməsi zamanı iddia etdiyi yanacaq sərfi 100 km üçün təxminən 4,1 litr təşkil edir.
Blogger isə haqlı olduğunu sübut edir, Onun sözlərinə görə «Prius»da yanacağa qənaət etməyi uzun müddət etdiyi məşqlərdən sonra öyrənib, məsələn, bunun üçün maşını yerdən yavaş tərpətmək, qaz pedalını həmişə eyni güclə basmaq lazımdır. Dayanmağa yaxınlaşarkən isə, ayağı qaz pedalından daha tez çəkmək lazımdır ki, maşını inersiya gücündən maksimum istifadə olunsunr.
«Toyota»nun Marketing qrupunun vitse-prezidenti Maykl Tripp bildirib ki: «Prius» son 23 il ərzində olduğu kimi, bu gün də hamımızı heyran etməkdədir. Ən az yanacaq sərfiyyatı üzrə dünya rekordu Prius-un həqiqətən mühəndislik möcüzəsi olduğunu sübut edir».