Azərbayanda ötən il ən populyar olmuş 10 avtomobil brendinin adı açıqlanıb.
FED.az xəbər verir kl, bank sektorunun lideri olan olan ABB araşdırma aparıb.
Bankın araşdırmasına görə ilk yerdə "Lada" avtomobilləri olub.
İkinci pillədə "Merecdes Benz" brendi qərarlaşıb.
"Hyundai" avtomobilləri populyarlığına görə 3-cü yeri tutub, "Toyota" brendi isə 4-cü yerdə qərarlaşıb.
Ötən il 6-cı pillədə qərarlaşan "Kia" avtomobilləri bir pillə irəliləyib və 5-ci yerdə olub.
"Opel" avtomobilləri isə bri pillə geriləyərək 6-cı pilləyə düşüb.
Digər markalı avtomobillərin yerində dəyişiklik olmayıb. Belə ki, 2022-ci ildə olduğu kimi ötən il "Gaz" avtomobilləri 7-ci, "Chevrolet" 8-ci, "Nissan" 9-cu, "BMW" isə 10-cu olub.