Azərbaycanda lüks avtomobillər satan “Avtolüks Azərbaycan” MMC nizamnamə kapitalını azaldıb.
Azərbaycan avtomobil idxalını - 18% AZALDIB
FED.az xəbər verir ki, bu barədə avtomobil şirkətindən bildirilib. Qeyd edilib ki, kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 8 ünvanına bildirə bilərlər. Şirkətin nizamnamə kapitalının hansı həcmdə azaldığı açıqlanmasa da, ümumi həcminin 57,8 mln. manat olduğu məlumdur.
Xatırladaq ki, “Avtolüks Azərbaycan” 2012-ci ildən Azərbaycanda Lamborghini, Ferrari və Aston Martin kimi lüks avtomobillərin satışını həyata keçirib. Şirkət həmçinin, Abarth, Alfa Romeo, Crysler, Dodge, Fiat, Fiat Professional, Jaguar Land Rover və "Jeep"in Azərbaycanda rəsmi təmsilçisidir. (Apa)