Aprelin 20-də Rusiya baş naziri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədovla telefon danışığı zamanı onu Rusiyaya rəsmi səfərə dəvət edib.
Eləcə də bax:Azərbaycanda "Chevrolet" avtomobillərinin istehsalı başlayıb - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilir.
“Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edildi”, - məlumatda deyilir.
Bundan başqa, Mişustin və Əsədov Hacıqabul Sənaye Məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsindən məmnunluq ifadə ediblər.
“Həmçinin Azərbaycan və RF baş nazirləri qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. Mişustin Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul edildi”, - Nazirlər Kabinetinin mətbuat xidmətindənvurğulanıb.