Azərbaycanda əhali və təşkilatların avtomobil yanacağına xərclədiyi vəsait 7,3% artıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-avqust aylarında ölkədə benzin və dizel yanacağına 1 milyard 749,8 milyon manat xərclənib.
Bu ötən ilin eyni dövrünə nisbətən 150 milyon manat və ya 7,3% artıqdır.
Xatırladaq ki, yanacaq xərclərinin artmasının səbəbi ölkədə yanacağın bahalaşmasıdır.