2022-ci ilin yanvar-iyul aylarında 295,0 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşqu istehsal edilib.
Eləcə də bax: "Avtovaz"ın istehsalı - KƏSKİN AZALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6 dəfə, maşın və avadanlıqların istehsalı isə 39% artıb.
2022-ci ilin yanvar-iyul aylarında 1210 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,7% və ya 270 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 25,6 faiz azalıb. (Apa)