2023-cü ilin birinci rübündə Azərbaycanda avtomobil alışı üçün verilən istehlak kreditləri üzrə orta dərəcə 1 f.b. – illik 14%-dək azalıb.
Azərbaycan və Özbəkistan avtomobil istehsalını genişləndirir - FOTOLAR
FED.az xəbər verir ki bu barədə Mərkəzi Bank bildirir.
Birinci ründə istehlak kreditlərin digər növləri üzrə dərəcələr dəyişməyib. Xüsusilə, məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 23%, mənzil təmirinə kreditlər üzrə - 23% təşkil edib.
Milli valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 26% səviyyəsində qalıb. Həmçinin, xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 8%-ə bərabərdir.
2023-cü il martin sonuna milli valyutada istehlak kreditlərin digər növləri üzrə istehlak kreditləri üzrə orta dərəcə 19%, xarici valyutada – 5% təşkil edib. (İnterfaks-Azərbaycan)