2021-ci ilin yanvar ayında Azərbaycana xaricdən ümumi məbləği 53 milyon 444 min dollar olan 4 642 avtomobil gətirilib.
Eləcə də bax: Azərbaycan Gürcüstandan avtomobil idxalını - Azaldıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvarı ilə müqayisədə 1264 ədəd və ya 21% azdır. Ötən ilin yanvarında xaricdən avtomobil gətirmək üçün 61 milyon dollar sərf edilmişdi.
Ötən ay xaricdən 31 avtobus gətirilib (5 ədəd azalma), avtobusların orta qiyməti 125 min dollar olub (ötən ilin yanvarında 85,5 min dollar idi).
Yanvarda xaricdən Azərbaycana 367 yük avtomobili gətirilib (75 ədəd az), bir yük avtomobilinin orta qiyməti 15,6 min dollar təşkil edib (ötən in yanvarında 14,1 min dollar idi).
Yanvar ayında xaricdən Azərbaycana ümumi dəyəri 43 milyon 192 min dollar olan 4 238 ədəd minik avtomobili gətirilib, bu ötən ilin yanvarı ilə müqayisədə 1 322 ədəd və ya 24% azdır. Ötən ay ölkəyə gətirilən minik avtomobillərinin orta qiyməti 10 200 dollar təşkil edib (ötən ilin yanvarında orta qiymət 9 240 dollar olmuşdu).
Yanvar ayında ölkəyə ümumi dəyəri 2 milyon 321 min dollar olan 459 hibrid avtomobil gətirilib. Ötən ilin yanvarı ilə müqayisədə ölkəyə gətirilən hibridlərin sayı 200 ədəd və ya 30% azalıb. Yanvarda ölkəyə gətirilən hibrid avtomobillərin orta qiyməti 5 056 dollar təşkil edib (ötən ilin yanvarında 5 326 dollar idi).