Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 avtomobil satılıb.
FED.az xəbər verir ki, budəfəki hərracda rəqabət yüksək olub – hərraca çıxarılan avtomobillərə sifariş sayı çox olub.
Belə ki, “Kia Sorento” avtomobilinin start qiyməti 9 min manat olsa da, son təklif 30 min manata yüksəlib. Start qiyməti 8 min manat olan “Nissan Patrol” avtomobili isə 19 min manata özəlləşdirilib.
2002-ci il istehsalı olan «VAZ 21043» minik avtomobili hərracda 2000 manatdan 4000 manata, 2012-ci il istehsalı olan «Nissan Sunny» avtomobili isf 7500 manatdan 9150 manata yüksəlib.
Bu ay növbəti hərraclar oktyabr ayının 10, 17, 24 və 31-i tarixlərində keçiriləcək. Hərraclara 7 səhmdar cəmiyyətinin səhm paketi, 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 90 avtomobil çıxarılacaq.
Bakı şəhəri üzrə 3 oktyabr 2023-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
1 |
Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxsi |
Toyota Avalon minik |
10 AR 700i/o |
2007 |
10000 |
10000 |
2 |
Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxsi |
Nissan Maxima minik |
10 PC 818i/o |
2000 |
3000 |
3500 |
3 |
Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxsi |
VAZ 21043 minik |
90 AX 210 |
2002 |
2000 |
4000 |
4 |
Dövlət İdarəçilik Akademiyası |
Nissan Maxima minik |
77 AF 552 |
2003 |
4000 |
6400 |
5 |
Əqli Mülkiyyət Agentliyi |
Nissan Sunny minik |
10 AN 256 |
2012 |
7500 |
9150 |
6 |
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi |
Mitsubishi Lancer minik |
90 AE 296 |
2004 |
5000 |
5000 |
7 |
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi |
Nissan Maxima minik |
90 AN 067i/o |
2002 |
3000 |
3000 |
8 |
Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatı |
Kia Sorento |
99 AP 705 |
2013 |
9000 |
30000 |
9 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Nissan Patrol minik |
10 PK 203 |
2007 |
8000 |
19000 |