Bu ilin yanvar-iyul aylarında xaricdən Azərbaycana 27 792 avtomobil gətirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.
Eləcə də bax: Azərbaycan Türkiyədən avtomobil - İxracını Artırıb
Eləcə də bax: Azərbaycan Türkiyədən avtomobil - İxracını Artırıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 25 999 minik avtomobili gətirilib, bu da ötən illə müqayisədə 25% artıqdır.
Bundan başqa, bu ilin yeddi ayında ölkəyə 1 615 yük avtomobili (17% az), 101 avtobus (27,3% az) və 77 (16% az) xüsusi təyinatlı avtomobil gətirilib.
Təkcə iyulda ölkəyə 4 818 ədəd avtomobil gətirilib.
Xatırladaq ki, ilin ilk aylarında avtomobil idxalı artsa da, mart və aprel aylarında xaricdən idxal kəskin azalmışdı. Amma may ayından xaricdən avtomobil gətirilməsi artmağa başlayıb. İyun aynıda isə daha yda yüksəlib.
Belə ki, ölkəyə yanvarda 5906 avtomobil, fevralda 5641 avtomobil, martda 3945 avtomobil, apreldə 1704 avtomobil, may ayında isə 2482 avtomobil gətirilib.
İyun ayında ölkəyə 3735 avtomobil, nəhayət iyulda 4 818 avtomobil gətirilib. Bu apreldəki göstəricidən 3 dəfə, may ayında gətirilən avtomobilərin sayından isə 2 dəfə artıqdır.