"İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində istehsal olunan "Khazar" markalı minik avtomobillərindən bu il 3 minə qədər satılıb".
FED.az xəbər verir ki, bunu "Report"a açıqlamasında nazir müavini Niyazi Səfərov deyib.
Eləcə də bax: Azərbaycanda avtomobil istehsalı - ARTIB
"Avtomobillərin istehsal olunduğu zavod qısa müddət ərzində bazarda yer tuta bilib, onun məhsulları həm nağd, həm də lizinq yolu ilə satılır, servislə təmin edilir. Gələn il bazara yeni modellər çıxarılacaq. Zavodun bazarda payını artırmaqla bağlı strategiyası var və ona uyğun işini qurur", - o qeyd edib.
Eləcə də bax: Azərbaycan Gürcüstandan avtomobil idxalını - 2,2 DƏFƏDƏN ÇOX ARTIB
Bundan başqa, N.Səfərovun sözlərinə görə, "Khazar” markalı maşınların Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrə ixrac imkanları araşdırılır: "Yəqin ki, 2020-ci ildə bu istiqamətdə uğurlarımız olacaq".