Beynəlxalq kredit reytinqi təşkilatı Moody's, koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar olaraq qlobal avtomobil satışlarının 2020-ci ildə 14% azalmasının gözlənildiyini bildirib.
Eləcə də bax: Bu avtomobil şirkətləri istehsalı dayandırdı - QİYMƏTLƏR BAHALAŞACAQ?
FED.az xəbər verir ki, təşkilatın açıqlamasında, qlobal avtomobil satışlarının daha əvvəl 2020-ci ildə 2,5% səviyyəsində azalmasının gözlənildiyi, son dövrdəki hadisələrlər əlaqədar bu proqnozun 14% olaraq dəyişdirildiyi qeyd edilib.
Açıqlamada, avtomobil sektorunda satışların toparlanmasının koronavirus epidemiyasının irəli dövrdəki vəziyyətinə bağlı olduğu qeyd edilib, 2021-ci ildə satışlarda toparlanmanın görülə biləcəyi qeyd edilib.
ABŞ-da bu il avtomobil satışlarının 15% azalmasının nəzərdə tutulduğu açıqlamada, Yaponiyada isə azalmanın 8% səviyyəsində reallaşmasının gözlənildiyi qeyd edilib.
Moody's Qərb Avropada avtomobil satışlarının bu il 21%, Çində isə 10% səviyyəsində azalmasının gözlənildiyini vurğulayıb.
Azalma koronavirus səbəbilə tələbindəki azalmadan qaynaqlanır.
Eləcə də bax: Almaniyadan Azərbaycana avtomobil gətirmək - MÜMKÜN DEYİL
marja