Koronavirusla mübarizənin gedişatını izləyən əksər insanlar texnologiya, xüsusilə də maşın bazarında qiymətlərin artacağını bildirir, bunu müxtəlif şirkətlərin istehsalı dayandıracaqları ilə əlaqələndirirlər. Artıq əksər avtomobil istehsalçıları bu istiqamətdə addımlar atıblar.
Eləcə də bax: Almaniyadan Azərbaycana avtomobil gətirmək - MÜMKÜN DEYİL
FED.az "ted"ə istinadən xəbər verir ki, United Automobile Workers koronavirusla mübarizə üçün maşın istehsalçılarından qabaqlayıcı tədbirlər görməsini istəyib, onlardan 2 həftə istehsalı dayandırmağı tələb edib.
Nəticədə Amerikanın iki böyük avtomobil istehsalçısı General Motors və Ford Şimali Amerikadakı müəssisələrini 30 marta qədər bağlayacaqlarını bildiriblər.
Yaponiyanın avtomobil şirkəti Honda da Hindistan, Kanada, Meksika və digər ölkələrdə istehsala müvəqqəti fasilə verildiyini açıqlayıb.