Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.
Saatlıda canavarlar qoyunları parçalayıblar – SIĞORTASI CƏMİ 9 MANAT İDİ
FED.az xəbər verir ki, yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində, kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.
Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib. (Apa)
Qeyd edək ki, canavarların hücum etdiyi təsərrüfatın sığortası olmayıb. Halbuki Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarını, o cümlədən iribuynuzlu mar-qaranı və xırdabuynuzlu heyvanları – qoyun və keçiləri sığorta etmək olar.
Sığorta haqqı heyvanın qiymətinin 6,1-9,5%-i arasında dəyişir. Hesablanmış sığorta haqqının 50%-ni isə dövlət ödəyir. Nəticədə məsələn 200 manatlıq qoyunun sığorta haqqı 12-19 manat arasında dəyişirsə, fermer cəmi 6-9 manat ödəməklə heyvanını sığorta edə bilər. Qiyməti 300 manat olan heyvanların sığortalanması isə fermerlərə cəmi 9-14 manata başa gələcək.
Bu məbləğ müqabilində aqrar sığota kənd təsərrüfatı heyvanlarını yoluxucu xəstəliklərdən, ilan və ya həşərat sancmasından, zəhərli ot və yemlərdən zəhərlənmədən, kimyəvi maddələrin təsirindən zəhərlənmədən, təbii fəlakətlərdən (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğından, vəhşi heyvanların hücumundan, üçüncü şəxslərin hərəkətlərindən, eləcə də oğurluq, soyğunçuluq və quldurluq nəticəsində dəymiş zərərlərdən qoruyur. Kənd təsərrüfatı heyvanlarının sığortalanması şərtləri və sığorta haqları ilə Aqrar Sığorta Fondunun internet səhifəsindəki «Heyvandarlıq sığortası kalkulyatoru» vasitəsilə məlumat almaq olar.