Hacıqabul rayonunda yerləşən “Hacıqabul quşçuluq” fabriki yumurta istehsalı həcmini azalda bilər.
FED.az-ın məlumatına görə, bunu fabrikin anbar rəisi Mikayıl Salahov deyib.
M.Salahovun sözlərinə görə, bu onunla əlaqədardır ki, fabrik bazarda yaranmış rəqabətlə bağlı öz məhsullarının satışında problemlə üzləşir:
ELƏCƏ DƏ BAX: Fermerlər üçün yeni qazanc imkanı – KİLOSU 5-10 MANATDIR
“Bazara Ukraynadan yumurtaların gətirilməsi ilə əlaqədar yerli məhsulun satışları əhəmiyyətli dərəcədə azalıb. Fabrik gündəlik olaraq bir milyondan çox yumurta istehsal edir. Eyni zamanda, illik həcm 300-320 milyon ədəd təşkil edir. Müəssisə istehsalat həcmini artırmaq gücündədir, amma tez xarab olan məhsul ticarət obyektlərində qaldığı üçün bu məsələ hələlik gündəmdə deyil”.
Anbar rəisi bildirib ki, ötən il müəssisə İraqa kiçik həcmdə yumurta ixrac edib:
“Ötən il İraqa yumurta ixracı ilə bağlı təkliflər nəzərdən keçirilib. Hazırda biz qonşu İrana ixraca başlamışıq və böyük ehtimalla tədarük il ərzində həyata keçiriləcək”.
Yumurta istehsalı azalacaq – SƏBƏB
20:39
28 Yan 2019