İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məmmədov Asif Akif oğluna rezidentlik verilib.
Yevlax Pilot Aqroparkda yeni şirkət - “Aran Zeytun”a rezident statusu verildi
FED.az Agentliyə istinadən xəbər verir ki, yeni rezident 21,4 hektar sahədə investisiya dəyəri 200 min manat olan intensiv meyvə bağları salacaq, 3 nəfəri daimi, 8 nəfər isə mövsümi işlə təmin edəcək.
Yevlax Pilot Aqroparkda fermerlər dövlət vəsaiti hesabına infrastrukturla təmin edilir, “pir pəncərə” prinsipi və ağıllı idarəetmə sistemi tətbiq olunur. Aqroparkın 5 rezidentinə nazirlik yanında Sahibkarlığın İnkişafı Fondu 7,1 milyon manat güzəştli kredit verib.