Yeni təyin edilmiş kənd təsərrüfatı naziri İnam Kərimov «Aqrolizinq» şirkətinə müraciət edən fermer və sahibkarlarla görüşüb. FED.az nazirliyə istinazən bildirir ki, nazir əvvəlcə “Aqrolizinq” ASC-nin əməkdaşlarının iş şəraiti ilə tanış olub. İş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.
“Aqrolizinq” ASC-nin rəhbəri Elşən Məmmədov nazirə qurumun fəaliyəti, o cümlədən Avtomatlaş- dırılmış İnformasiya Sistemi (AİS) və göstərilən xidmətin elektronlaş- dırılması sahəsində görülən işlərlə bağlı məlumat verib.
Nazir daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb. İnam Kərimov onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb. Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.
Yeni nazir iş adamları ilə görüşməyə başlayıb
18:21
30 Aprel 2018