Yapon kapitallı və səhmdarı Taro Sawada olan “Tet International Development” MMC ölkəmizdə 1200 hektara yaxın sahədə tütün əkini aparır.
FED.az xəbər verir ki, bunu “Tet International Development” şirkətinin direktoru Namiq Əsgərov deyib.
Gələcək layihə və perspektivlərdən də danışan N.Əsgərov deyib ki, “Tet International Development” Azərbaycanda heyvandarlıq sahəsinə də sərmayə qoyacaq və bunun üçün ferma təsərrüfatları yaradılacaq. Bu istiqamətdə hazırlıq işləri görülür.
Bundan əvvəl “Tet International Development” şirkətinin rəhbəri Taro Savada gələcək planlardan danışarkən bildirmişdi ki, tütünçülüklə yanaşı, digər sahələrə də sərmayə qoyulmasına başlanılıb. Tezliklə Zaqatalada fındıq qabığından kömür istehsal edən emal müəssisəsi fəaliyyətə başlayacaq. Bundan əlavə, meyvə-tərəvəz məhsullarının qablaşdırılaraq Yaponiyaya ixrac edilməsi də planlaşdırılır.
Taro Savada Azərbaycanda tütünçülük sektoruna sərmayə yatırır. Hazırda şirkətinin Azərbaycanda 4 tütün emalı müəssisəsi fəaliyyət göstərir. Şirkət Azərbaycan tütününü ixrac edir. (Azərtac)