2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyard 961,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,5% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bu il Azərbaycanda buğda əkin sahələri - KƏSKİN AZALIB
Hesabat dövründə 1 milyard 796,2 milyon manat məbləğində heyvandarlıq, 165,3 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,5%, bitkiçilik məhsullarının istehsal həcmi 3,2% artıb.
Yanvar-aprel aylarında respublikada 187,3 min ton ət (artım 3,1%), 697,6 min ton süd (artım 1,8%), 726,5 milyon ədəd yumurta (artım 13%) və 2,1 min ton yun (azalma 4,3%) istehsal edilib.
DSK-nın məlumatına görə, hazırda ölkədə yaz-tarla işləri davam edir.
2023-cü il mayın 1-i vəziyyətinə 266,8 min hektar sahədə (2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 12,8%) yazlıq bitkilərin səpini aparılıb, 44 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,5 min hektarı dən üçün qarğıdalı), 45,9 min hektar sahədə kartof, 42,9 min hektar sahədə tərəvəz, 10,8 min hektar sahədə bostan bitkiləri, 72,2 min hektar sahədə pambıq, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 4,3 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektar sahədə tütün, 36,6 min hektar sahədə çoxillik otlar, min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Hesabat dövründə təsərrüfatlarda 128,3 min ton tərəvəz (artım 0,6%) və 50,3 min ton kartof (artım 9,5%) istehsal olunub.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib. (İnterfaks-Azərbaycan)