Xızıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satışlar aprelin 3-də Xızı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə alırlar.
Sakinlər ətraflı məlumat almaq üçün DAİM-in müdiri Vidadi Mirzəyev (+994 55 671 24 44) ilə əlaqə saxlaya bilərlər.