Aqrar

Xaçmazda yeni fındıq bağı salınıb, köhnə bağlardan isə 6 min tondan çox - MƏHSUL YIĞILIB

Xaçmazda yeni fındıq bağı salınıb, köhnə bağlardan isə 6 min tondan çox - MƏHSUL YIĞILIB | FED.az
15:32 8 Aprel 2020

Ötən il Xaçmazın fındıq bağlarından 6 min 627 ton məhsul yığılıb. Orta məhsuldarlıq hər hektara görə 14 sentner təşkil edib.

FED.az xəbər verir ki, Xaçmaz rayonunda 850 hektar sahədə yeni fındıq bağları da salınıb. Rayonda mövcud olan fındıq bağlarının 4 min 764 hektarı bar verir.

Rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi var. Bu məntəqələr məhsulu fermerlərdən sərfəli qiymətə alırlar. Ötən il bazarda fındığın 1 kiloqramı 5 manatdan baha satılıb.

Qeyd edək ki, Xaçmazda fındıq bağlarında məhsul toplanmasına iyul ayında başlanılır, yığım isə avqustun sonunadək aparılır.

Xaçmazda yeni fındıq bağı salınıb, köhnə bağlardan isə 6 min tondan çox məhsul yığılıb

Trend

Digər xəbərlər