Avqustun 7-də Xaçmazda “Şaftalı festivalı” keçiriləcək.
FED.az xəbər verir ki, tədbirin Xudat şəhərində yerləşən “Food City Agrocomplex”inin ərazisində təşkil olunması nəzərdə tutulub. Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən festival ölkəmizdə şaftalı istehsalının təşviqi, meyvənin ixrac potensialının artırılması, milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılması məqsədi daşıyır.
Festival çərçivəsində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən şaftalı sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş olunacaq. Qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunacaq. (Azərtac)