Dövlət Vergi Xidməti “Xaçmaz Aqropark” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
Eləcə də bax: 10 min manat sərmayə ilə aqropark şirkəti - YARADILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 6 700 000 manat kapital ilə yaradılmış şirkətin qanuni təmsilçisi Ağazadə Mirrəhman İsa oğludur. O, bundan öncə Yalama Agroparkının direktor müavini idi.
“Xaçmaz Aqropark” şirkətinin hüquqi ünvanı Bakı, Nəsimi rayonu, Neftçilər pr ev.153-dür (Port Baku).