Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən yaylaqlara 190 min arı ailəsi aparılıb, bunun 130 mini Kəlbəcərə köçürülüb.
Bakıdakı bal yarmarkasına 120 tona yaxın məhsul çıxarılıb
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
O qeyd edib ki, həmin bölgələrə 4 217 arıçılıq təsərrüfatları köçürülüb: "Təsərrüfatlar azad edilmiş ərazilərdə yerləşən bütün yaylaqlara, o cümlədən Xocavənd, Hadrud, Zəngilan, Kəlbəcər, Qubadlı və digər ərazilərə köçürülüb".
V. Hüseynov deyib ki, bu məhsullar sentyabrın 9-dan Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında təqdim edilir. (Report)