Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli Azərbaycana səfər edəcək.
FED.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən məlumata görə, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçiriləcək VI görüşündə iştirak etməkdir.
Eləcə də bax: Aqrar sektora ayrılan vəsait - ARTIRILACAQ
Dekabrın 3-4-də keçirilməsi planlaşdırılan görüşə təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, o cümlədən üzv ölkələrin nazirləri və kənd təsərrüfatı üzrə ekspertləri qatılacaq.
Qeyd edək ki, bu görüş barədə qərar İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının noyabrın 9-da Antalyada keçirilmiş 24-cü iclasında qəbul olunub.
Azərtac