Türkiyədən Azərbaycana idxal olunan şaftalı, nektarin, gilas tingində Şarka virusu (yarpaqların saralmasına, meyvələrin keyfiyyətinin azalmasına səbəb olan xəstəlik -red) aşkarlanıb.
«Xaricdən gətirilən meyvə tinglərində xəstəliklər olur, bağ sahiblərini aldadırlar» - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15 100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib.











