Dünyanın ən böyük fındıq istehsalçısı olan Türkiyədə don fındıq tumurcuqlarına ciddi ziyan vurub.
FED.az xəbər verir ki, bunu Türkiyə Kənd Təsərrüfatı Assosiasiyalarının İdarə heyəti üzvü Aslan Soydan bildirib.
Onun sözlərinə görə, bu il, Ordu və ətraf bölgələrdə qış mövsümündə təsirli olan isti və günəşli hava, fındıq və digər ağacların erkən tumurcuqlanmasına səbəb olub. Ötən günlərdə yağan qar və bəzi bölgələrdə buzlanma xüsusilə 200-500 metr yüksəklikdəki fındıqlara ciddi ziyan vurub. Bu bölgələrdə məhsuldarlığın 30 - 80% az olacağı gözlənilir. (Marja)