Türkiyəyə idxal olunan bir ton qarpızın vergisi 75 dollardan 300 dollara qaldırılıb.
FED.az xəbər verir ki, qərar Türkiyənin qarpız ehtiyacının 20-25%-ni qarşılayan Adanadakı qarpız əkinçilərini sevindirib.
İstehsalçılar vergi hesabına qarpızın kiloqramının 2 TL artdığını deyirlər. Qarpız əkinçisi son illərdə ucuz İran qarpızları ilə rəqabət edə bilmədiyi üçün istehsaldan imtina etməyə başlayıblar.
Yüreğir Əkinçilik Otağı Başçısı Mehmet Akın Doğan may ayının ilk həftəsində Kənd Təsərrüfatı və Meşə Nazirinin müavini Mehmet Hadi Tunç ilə görüşü zamanı idxal olunan banana qoyulan 148.5 faiz vergi haqqında danışıb və qarpıza da eyni verginin tətbiq olunmasın deyib. İclasdan 2 həftə sonra Ticarət Nazirliyi digər ölkələrdən qarpız vergisinin tonu 75 dollardan 300 dollara qaldırılıb.
Banan idxalı azalıb
Mehmet Akın Doğan qeyd edib ki, bananlara tətbiq olunan gömrük vergisi səbəbindən banan idxalı azalıb və Türkiyədə əkin sahələri artırılıb: “İrandan da Türkiyəyə mövsümi qarpızlar idxal olunurdu. Banan üçün verilən qərarı bir nümunə olaraq göstərdik. Nazirlik də bunu düzgün hesab etdi və bir ton qarpıza 300 dollar gömrük vergi tətbiq etdi. İdxal olunan bananlara 145,8 faiz gömrük vergisi tətbiq ediləndən ölkəmizə banan idxalı azalıb və Aralıq dənizi bölgəsində əkin sahələri artıb. Ümid edirəm ki, ölkəmizə heç qarpız idxal olmayacaq”.
Əkin yerləri artacaq
Mehmet Akın Doğan bu qərar sayəsində gələn il ölkədə erkən qarpız əkin sahələrinin artacağını da vurğulayıb: “Verginin kiloqrama əks olunan qiyməti 2 lirədir. Bu il bəzi qarpızlar idxal oldu, amma sənayeyə qarpız idxal olmayacaq. Qarpız istehsalçıları razıdır. Nazirlik daim belə addımlar atmalıdır”.
Mehmet Akın Doğan Prezidentin hər dəfə yerli və milli məhsullar xüsusi diqqət çəkdiyini qeyd edib: “Fermerimizin yetişdirdiyi bir məhsul varsa, təbii ki, xaricdən gəlməməlidir. Gələn il bəlkə yanvar və fevral aylarında qarpız idxalı ola bilər, amma digər dövrlərdə Türkiyədə qarpız olduğu üçün ölkəmizə idxal olmayacaq. Fermerlərimiz alternativ erkən qarpızlar üçün böyük istixanalar genişləndirəcəklər. Həm fermerlər, həm tacirlər, həm də vətəndaşlarımız burada qazanacaqlar”.