Türkiyə 2019-cu ilin ilk 3 ayında bal ixracından 6,3 milyon dollar əldə edib. FED.az xəbər verir ki,
Türk balı, yanvar-mart ayında Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Belçika və Avstriya başda olmaqda 30 ölkəyə ixrac edilib.
FED.az Şərq Qaradəniz İhracatçılar Birliyinə istinadan (NİB) məlumatına görə, ilin ilk rübündə 30 ölkəyə 1 544 ton bal satılıb və qarşılığında 6 milyon 321 min 690 dollar əldə edilib. Başqa sözlə, türk balının hər kiloqramı xaricə 4,1 dollardan ixrac olunub.
Eləcə də bax: Fermerlərə 8 milyon manat kredit ayırılıb
Bal ixracatında ilk yeri Almaniya tutur. Birinci rübdə Almaniyaya ümumi məbləği 1 milyon 707 min 994 dollar olan 459 ton bal satılıb. Almaniyaya balın hər kiloqramı 3,7 dollardan satılıb.
ABŞ-a 1 milyon 212,4 min dollarlıq, Səudiyyə Ərəbistanına isə 996 min dollarlıq bal satılıb. Sonrakı yerləri Belçika (453,5 min dollar) və Avstriya (320,4 min dollar) tutur.
"Azərbaycan-Naxçıvanın ən yüksək artımı"
Bu ilin birinci rübündə Türkiyənin bal şirkətləri əvvəllər ixrac etmədikləri İsveç, Çin, Bosniya və Herseqovina, Bolqarıstan, Liviya, Malayziya, Monqolustan, Somali və Mərakeş bazarına da bal satıblar.
Maraqlıdır ki, Türkiyənin bal ixracının ən çox artdığı ölkələr arasında Azərbaycan (Naxçıvan), İraq və Birləşmiş Ərəb Əmirlikləri də var.
DKİB İdarə heyəti Başçı Saffet Kalyoncu bildirib ki, Türkiyənin bal ixracının artmasının səbəbi, artın yerli balın marka olaraq tanınmasıdır. NİB rəsmiləri ümid edir ki, ilin sonunadək bal ixracı daha da artacaq.