Türkiyənin "Ərgənə" şirkəti artıq 10 ildir kənd təsərrüfatı sərgilərində iştirak edir. Şirkətimiz Quba, Xaçmaz, Şəmkir və digər bölgələrə müxtəlif növ şitil sortlarının satışını həyata keçirir.
Eləcə də bax: Sabah Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan" sərgiləri - İşə Başlayacaq
FED.az xəbər verir ki, bu sözləri iyunun 10-da Bakı Ekspo Mərkəzində işə başlayan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində iştirak edən Türkiyənin Bursa şəhərindən gəlmiş Məsud Ərgənə deyib.
Onun dediyinə görə, bir bölgədə yetişdirilən bitki sortları bəzən digərləri üçün məqsədəuyğun deyil. Eyni zamanda, Azərbaycan şirkətlərinə aqronomluq xidmətləri göstərdiyini söyləyən mühasibimiz bildirib ki, sərgidə iştirakın əsas məqsədlərindən biri də Azərbaycanda bu sahədə yeni tərəfdaşlar tapmaqdır. (Azərtac)