Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda növbəti Aqrar Biznes Festivalı keçiriləcək.
İmişlidə Aqrar Biznes Festivalı keçirilib - FOTOLAR
FED.az xəbər verir ki, festival martın 14-ü saat 10:00-da Tovuz “ASAN xidmət” mərkəzinin qarşısında baş tutacaq.
Festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqların nümayişi, Kredit yarmarkası və fermerlər üçün aqrar sahənin priroritet sahələri üzrə təlimlər keçiriləcək.
Həmçinin festival çərçivəsində Tovuz Rayon Mədəniyyət Evində saat 14:00-da “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu baş tutacaq. Forumun əsas məqsədi kənd təsərrüfatı kooperativlərinin potensialının artırılması və dövlət dəstəyi mexanizmlərinin daha səmərəli tətbiqinə töhfə verməkdir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər, fermerlər və kooperativ rəhbərləri iştirak edəcək.
Forumda kooperativlərin fəaliyyətinin gücləndirilməsi, onların bazara çıxış imkanlarının genişləndirilməsi və istehsal proseslərinin daha effektiv idarə olunması ilə bağlı təqdimatlar və çıxışlar nəzərdə tutulur.