Azərbaycanda aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən,sığortalanan bitki növlərinin sayı indiki 14-dən 41-ə qaldırılıb.
İndi bu siyahıya günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkiləri də daxil edilib.
Paralel olaraq, aqrar sığorta vasitəsilə sığortalanan heyvanların siyahısı da genişlənib. Belə ki indiyədək yalnız südlük inək və camışlar sığortalandığı halda, bundan sonra xırdabuynuzlu (qoyun və kemilər) və ətlik istiqmətli iribuynuzlu heyvanların (danalar) da sığortalanması nəzərdə tutulur.
Nəticədə müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayının 14 növdən 41 növədək artırılmasına, kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə yalnız südlük istiqamətli iribuynuzlu heyvanlar deyil, xırdabuynuzlu və ətlik istiqamətli iribuynuzlu heyvanların da aqrar sığorta sistemi çərçivəsində sığortalanmasına imkan yaranacaq.