Taxıl müqaviləsi başlayandan bəri Ukrayna 9,8 milyard dollar dəyərində taxıl ixrac edib. «Qara dəniz» təşəbbüsündə, yəni «taxıl müqaviləsi»ndə fasilə yaranarsa, o, ayda 500 milyon dollara qədər itirəcək.
"Quzuları 150 manatdan satdıq, halbuki 250 manata sata bilərdik" - FOTOLAR
“Biçindən sonra əkin sahələrini yandırmayın!” - Nazirlik fermerlərə müraciət edib - CƏRİMƏ -MƏBLƏĞ
Yevlax Pilot Aqroparkına 100 milyon manatdan çox investisiya - CƏLB OLUNACAQ
FED.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı BMT-nin, Ukrayna Kənd Təsərrüfatı və Gömrük Nazirliyinin məlumatlarına əsasən aparılan hesablamaya əsasən məlumat yayıb.
Belə ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər 10 ay ərzində Ukrayna 50,6 milyon ton taxıl ixrac edib ki, bunun da ümumi dəyəri 9,8 milyard dollar təşkil edib. Həm də, bu müddət ərzində orta hesabla taxılın 78%-i, son aylarda isə 80%-dən çoxu limanlar vasitəsilə ixrac edilib.
“Taxıl sövdələşməsi çərçivəsində digər ölkələrə 28,1 milyon ton taxıl, yəni Ukraynanın dünya bazarına tədarük etdiyi bütün məhsulun 55,5 faizi göndərilib. Taxılın qalan hissəsi, çox güman ki, Dunay limanlarından İzmail, Ust-Dunaysk və Reni vasitəsilə Avropa İttifaqına gedir”, - deyə sənaye və energetika üzrə müstəqil ekspert Leonid Xazanov bildirib.
Pul ifadəsində Ukrayna taxılının sövdələşmə müddətində limanlar vasitəsilə ixracı 7,7 milyard dollar təşkil edib. Qara dəniz vasitəsilə 5,5 milyard dollar, çaylar vasitəsilə isə 2,2 milyard dollar dəyərində taxıl ixrac edilib.
“Bu hesablamalar onu göstərir ki, taxıl müqaviləsi dayandırılarsa, Ukraynanın birbaşa aylıq itkiləri ayda 500 milyon dollara qədər ola bilər”. - məqalədə belə qeyd edilib.
Bundan əvvəl BMT-nin Koordinasiya Mərkəzi bəyan edib ki, razılaşmalara baxmayaraq, taxıl müqaviləsi dövründə Rusiya gübrələri dünya bazarına çıxmayıb. Ən yoxsul ölkələr Qara Dəniz Təşəbbüsü çərçivəsində göndərilən həcmlərdən yalnız 10% qarğıdalı və 40% buğda alıblar.