Təl-Əviv Universiteti tədqiqatçılarının yeni kəşfi daha yüksək su səmərəliliyi olan pomidor sortlarının yaradılmasına imkan yaradıb.
İsrail süni mal ətinin satışına icazə verən - İLK ÖLKƏ OLDU
FED.az İsrailin "Vesti" saytına istinadla xəbər verir ki, tədqiqatçılar DNT-ni dəyişdirə bilən CRISPR adlı texnologiyadan istifadə etməklə və gen mühəndisliyi vasitəsilə daha az su istehlak edən pomidor yetişdiriblər. Yetişən meyvələr dadına, keyfiyyətinə və məhsuldarlığına görə ənənəvi suvarma yolu ilə boy atan pomidorlardan geridə qalmır.
Tədqiqat Təl-Əviv Universitetinin Biologiya fakültəsinin Botanika Elmləri Məktəbinin bir qrup tədqiqatçısının rəhbərliyi altında professor Şaul Yalovski və doktor Nira Sadenin laboratoriyasında aparılıb.
Alimlər izah edirlər ki, qlobal istiləşmə və şirin suyun azalması fonunda az miqdarda suvarma ilə kənd təsərrüfatı məhsullarına tələbat əhəmiyyətli dərəcədə artıb. Lakin bütün bitkilərin böyüməsi və inkişafı üçün suya ehtiyac olduğu üçün münasib sortları yetişdirmək çox çətindir.
Təl-Əviv Universitetinin alimləri bu texnologiyanı digər məhsullara - buğda, badımcan və bibərə də tətbiq etməyə çalışırlar. (Azərtac)