Əkin sahələrini suvarmaq üçün su kanalları yoxdur. Sahələr qupquru qalıb.
Şamaxıda böyük üzüm bağını dolu vurdu - Aqrar Sığorta Fondu zərəri hesablayır
FED.az xəbər verir ki, görüntülər Kürdəmir rayonunun Ərəbqubalı kəndindəndir. Bir qrup sakinin 80 hektara yaxın pay torpağı susuz qalıb. Həmin əraziyə suvarma kanalı çəkilmədiyindən sakinlər illərdir yağış sularına bel bağlayırlar.
Sakinlərin sözlərinə görə, onlara məxsus pay torpaqları ilə yaxınlıqdakı suvarma kanalı arasındakı məsafə 1 kilometrdir.
Məsələ ilə Kürdəmir Suvarma Sistemləri idarəsindən bildirilib ki, adıçəkilən kənddə torpaqların suvarılması və beton kanalın çəkilməsi üçün aidiyyatı üzrə müraciət olunub.
Mütəxəsislər əraziyə baxış keçiriblər, layihə işləri aparılıb. Maliyyə vəsaiti ayrılan kimi həmin pay torpaqlarına beton kanalın çəkilməsi nəzərdə tutulub. (Xezerxeber.az)