Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Siyəzən rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda növbəti toxum sərgi-satış yarmarkası və kredit yarmarkası təşkil olunub.
Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır? – HESABLAMA, VİDEO
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, festivalda ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış dövlət və özəl bölməni təmsil edən qurum və şirkətlər iştirak ediblər.
Yarmarkada sertifikatlı toxumun üstünlükləri barədə fermerlər üçün maarifləndirmə sessiyaları təşkil olunub.
Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rayonlaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olub və gələcək əkinlər üçün sifarişlərini veriblər.