Kürdəmir rayonunda yeni nar bağı salınır.
Azərbaycan yanvarda nar ixracını - 5 DƏFƏYƏ YAXIN ARTIRIB
FED.az xəbər verir ki, "Finco" Məhdud Məsuliyyətli Cəmiyyətin saldığı nar bağında yeni üsulla suvarma sistemləri quraşdırılıb.
Şirkət tərəfindən salınan nar bağının ərazisi 200 hektar təşkil edir.
Yeni bağlardan əldə olunan meyvə yaxın gələcəkdə ixracyönümlü məhsul kimi dünya bazarına çıxarılacaq.
Kürdəmirin Sığırlı, Garis Əyribənd, Pirili, Axtaçı, digər kəndlərdə yetişdirilən nar çeşidləri hər il sahibkarlara müəyyən həcmdə qazanc gətirir. (Marja)