"Greener" MMC müasir istixana təsərrüfatının yaradılması layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat güzəştli kredit əldə edib.
Sahibkarlığın İnkişafı Fondu daha bir şirkətə - Güzəştli Kredit Verib
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Qeyd edilib ki, Sabirabad rayonunda icra olunacaq layihənin maliyyələşdirilməsi “Xalq Bank” ASC vasitəsilə həyata keçirilmişdir.