Banner

Aqrar

"Səudiyyə Ərəbistanından yumurta sifarişi almışıq" - Quşçuluq Fabrikinin direktor müavini

"Səudiyyə Ərəbistanından yumurta sifarişi almışıq" - Quşçuluq Fabrikinin direktor müavini | FED.az
08:01 29 Yan 2019

Hacıqabul Quşçuluq Fabriki yumurta istehsalı üzrə ixtisaslaşıb. Hazırda ölkənin yumurtaya olan tələbatının böyük bir hissəsi bu istehsal müəssisəsinin məhsulları hesabına ödənilir.

 

FED.az xəbər verir ki, quşçuluq fabrikinin direktor müavini Sahib Aslanov bildirib ki, 2018-ci ildə müəssisədə 300 milyon ədəd yumurta istehsal olunub və məhsulun 4,6 milyon ədədi İran, İraq, Əfqanıstan və Gürcüstana ixrac edilib. Cari ildə isə fabrikdə 500 milyon ədəd yumurta istehsalı nəzərdə tutulub. Artıq yanvar ayının ötən günlərində müəssisədə 24 milyon ədəd ərzaqlıq yumurta istehsal olunub ki, bunun da 1 milyon 800 min ədədi İrana göndərilib. Bu il ərəb ölkələrinə də məhsul ixracı planlaşdırılır. Artıq Səudiyyə Ərəbistanından sifariş də alınıb.

 

Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinə xüsusi diqqət yetirilir.

Digər xəbərlər

Banner