Səudiyyə Ərəbistanında yumurta istehsalına böyük vəsaitlərin yatırılmasına başlanılıb.
Yerli su şirkətinqin bu sahəyə investisiyaları nəticəsində yumurta istehsalının dörd dəfədən çox artacağı proqnozlaşdırılır. Bu arada, Krallığın ən böyük quşçuluq istehsalçılarından biri ətraf mühitə təsirini azaltmaq üçün böyük müasir soyutma zavoduna sərmayə qoyub.
FED.az Səudiyyə Ərəbistanının Zawya agentliyinə istinadən xəbər verir ki, yumurta istehsalında planlaşdırılan artım 450% təşkil edəcək və ildə 165 milyon ədədə çatacaq.
Haqqında danışılan su şirkəti «Naqi Water Company» layihəyə 12,31 milyon riyal, yəni 3,28 milyon ABŞ dolları sərmayə qoyub. Şirkət bu layihədə Səudiyyənin «Belad Al Sham Contracting Company» şirkəti ilə əməkdaşlıq edir.
Layihənin rəsmi açılışı ötən həftə olub, tamamlanması isə 2025-ci ilin sentyabrına planlaşdırılıb, iki ay sonra, 2025-ci ilin noyabrın əvvəlində isə istehsala başlanılacaq.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, FAOstat-ın statistik bölməsinə görə, 2023-cü ildə Səudiyyə Ərəbistanında illik yumurta istehsalı 6,69 milyarddan bir qədər çox olub . Bu təxmini rəqəmdir və qabıqlı təzə toyuq yumurtalarını əhatə edir. Eyni mənbə əvvəlki ildə istehsalın 6,94 milyard ədəd olduğunu bildirir.
Eyni zamanda Səudiyyə Ərəbistanının ən böyük quşçuluq şirkətlərindən biri olan Al Watania Poultry noyabr ayında ən son sərmayəsinə start verdiyini elan edib, bu 17,700 kVt gücü olan, Yaxın Şərqin ən böyük soyutma qurğusudur.
Yeni qurğu bir sıra biotermal yüklərə xidmət göstərəcəyi üçün yüksək tutum tələb olunur. Bunlara saatda 36 000 quş emal edən quşçuluq fabriki və onunla əlaqəli soyuducu anbarlar və üç qutu dondurucu daxildir.
Layihə üzrə Hollandiyanın xüsusi qaz təmizləmə şirkəti «Azzuro» ilə əməkdaşlıq ediləcək, bu da «Al Watania» su təmizləyici qurğusundan zərərli emissiyaları azaldacaq.
Qeyd edək ki, «Al Watania Poultry» Səudiyyə Ərəbistanı və Yaxın Şərqın ikinci ən böyük quşçuluq şirkətidir, burada ildə 312 milyon quş kəsimi həyata keçirilir.