"Kənd Təsərrüfatı Nazirliyi sertifikatlı toxum əkən fermerlərə subsidiya verə bilər".
FED.az xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Onun sözlərinə görə, bununla bağlı nazirliyin subsidiya qaydalarında dəyişiklik etməsi gözlənilir: "Qaydalar təsdiq edildikdən sonra gələn ildən etibarən sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək. Məsələ ilə bağlı artıq maarifləndirmə işləri aparılır".
Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun xətti ilə ölkəyə gətirilən "Super elit Krasnodar 99" toxumundan yüksək məhsuldarlıq əldə edilib. Dəmyə torpaqlarından belə yüksək məhsuldarlıq əldə edilib". V. Hüseynov vurğulayıb ki, Nazirliyin qarşısında duran əsas vəzifə həm orta, həm də ümumi məhsuldarlığı artırmaqdır.
Eləcə də bax: Azərbaycana aqrar sığortanın - YENİ MODELİ GƏTİRİLİR - MÜSAHİBƏ