Azərbaycan şərablarının Rusiyaya ixracında yaranmış problem aradan qaldırılıb.
İqtisadiyyat Nazirliyindən FEDşaz-a verilən məlumata görə, Azərbaycan şərablarının Rusiya Federasiyasına ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə quruma müraciət daxil olub.
ELƏCƏ DƏ BAX: Agentlik sahibkarlara –XƏBƏRDARLIQ ETDİ
Müraciətlərin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə nazirliyin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiya Federasiyasına ezam olunub. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ aradan qaldırılıb. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.
Şərab ixracında yaranmış problem – HƏLL EDİLDİ
19:47
26 Noy 2018